qəzet və jurnal satan köşk

Qəzet və jurnallarla yanaşı bəzi malların (qələm, kağız, dəftər, bəzi qeyri-ərzaq, xırdavat malları) satışı ilə məşğul olan ticarət vahididir

#ox
qəza
QHT
OBASTAN VİKİ
Köşk
Köşk – xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. “Kiosk” sözü Avropa dillərinə türk dilindən keçmişdir. Bank terminalı, ödəniş terminalı, yaxud informasiya terminalı da köşk şəklində hazırlana bilər. İnformasiya vermək və informasiya almaq üçün nəzərdə tutulmuş informasiya köşkləri sensor ekranlı kompüter terminalı şəklində olur. == Həmçinin bax == ATM (Bank) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Köşk (dəqiqləşdirmə)
Köşk — xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. Köşk (Şəbüstər) — İranda kənd.
Köşk (Şəbüstər)
Köşk (fars. كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 625 nəfər yaşayır (157 ailə).
Pərili köşk
Pərili köşk (əslən Yusif Ziya Paşa köşkü olaraq tanınır və hal hazırda Borusan Holdinq və Borusan Contemporary incəsənət muzeyinin mərkəzi binasıdır) ― Türkiyənin İstanbul ilində, Sarıyer ilçəsinin Rumelihisarı məhəlləsində yerləşən tarixi abidə. 1911-ci ildə qırmızı kərpicdən tikilmiş vitray pəncərələri olan bu qəsrə bənzər malikanə Bosfor boğazının üzərindəki Fateh Sultan Mehmet körpüsünün yaxınlığında yerləşir. Bina 9 mərtəbəlidir və ümumi sahəsi təxminən 5 000 kvadrat metrdir. Konakın məşhur ləqəbi olan Pərili köşk (türk dilində "ruhların olduğu köşk" mənasını verir) inşasının uzun müddət qismən yarımçıq qalması (ikinci və üçüncü mərtəbələri on illərdir boş qalmışdır) nəticəsində yaranmışdır. Binanın xarici görünüşü memar Hakan Kıran tərəfindən 1995–2000-ci illər arasında orijinal dizaynına uyğun olaraq diqqətlə bərpa edilmiş və tamamlanmışdır. O, həmçinin köşkün içini də yeniləmişdir. Pərili köşk eyni zamanda türk yazıçı Ömər Seyfəddinin hekayəsinin adıdır. Köşk Osmanlının ABŞ-dakı səfiri, Osmanlı hökumətinin üzvü Yusif Ziya paşa tərəfindən ailəsi üçün tikilmişdir. Binanın inşası 1910-cu illərin əvvəllərində başlamış, lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsinə girdikdə sənətkarların silahlı qüvvələrə qoşulması ilə dayanmışdır. Yusuf Ziya paşanın ikinci həyat yoldaşı olan Nəbiyə xanım və onun birinci ərindən olan üç qızı 1926-cı ilə qədər malikanədə yaşamışdır.
Çinili köşk
Çinili köşk — Topqapı Sarayının kənar qala divarlarının içində yerləşir. 1472-ci ildən qalma bir köşkdür. Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən yazlıq saray və ya köşk olaraq tikdirilmişdir. Memarı qəti olaraq bəlli olmasa da, bəzi mənbələr Memar Çevik Sinan tərəfindən inşa edildiyini bildirilir. Sırça Köşk və ya Sırça Saray kimi də adlandırılır. 1875-1891-ci illərdə Muzeyi Hümayun (İmperiya Muzeyi) olaraq xidmətə verilmişdir. 1953-cü ildə Türk və İslam İncəsənəti Muzeyi olaraq açılmıştır. Daha sonra İstanbul Arxeologiya Muzeyinin tərkibinə qatılmışdır. Muzeydə Səlcuqlu və Osmanlı dövrlərindən qalma İznik çinisi və keramika nümunələri nümayiş etdirilir. Köşkün daxilində dörd iç eyvanı və bunları birləşdirən tək bir qübbə, künclərdə dörd, biri əsas olmaqla beş otağı vardır.
Köhnə əşya satan və oğulları (roman)
Köhnə əşya satan və oğulları - Orxan Kamalın yazdığı psixoloji və sosial romandır. == Məzmun == “Köhnə əşya satan və oğulları” romanı baş qəhrəman Topal Antikvar və iki oğlunun həsrət və arzularını, bu həsrətlərlə arzularını həyata keçirmək üçün mübarizə aparmalarını, əllərində qalanı itirdikdən sonra çökmələrini əks etdirir. == Personajlar == 1. Antikvar- Hər kəsə hirsli və küsmüş, ailəsinə, xüsusən də uşaqlarına rəğbət bəsləyir. O, baş qəhrəmandır. Döyüşdə bir ayağını itirdiyi üçün axsaqdır. 2. Qocanın arvadı- O, övladları ilə əri arasında körpüdür, ailəsinin dağılmasını istəməsə də, gəlinini heç sevmir. Keçmişi öyür və gələcək üçün də eynisini istəyir. O, zəngin qayınatasını qonşularına şişirdir və buna görə də qonşularına qəribə gəlir.
Jurnal
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dil və Ədəbiyyat (jurnal)
"Dil və ədəbiyyat" jurnalı — 1993-cü ildən sabit ardıcıllığla çap olunur və elə həmin ildən Azərbaycanın Ali Attestasiya komissiyasının reyestrinə daxil edilmişdir. == Haqqında == İl ərzində junnalın 4-6 sayı işıq üzü görür. Müəlliflər respublikamızda tədris edilən bütün dillərdə yazılan məqalələri jurnalda çap edə bilirlər. "Dil və ədəbiyyat" jurnalı filologiya elmi ilə bağlı 12 sahəsini əhatə edir. Hər sahəyə məsul redaktor başçılıq edir və onun təklifi ilə müvafiq redaksiya heyətləri formalaşır. Məsul redaktor öz sahəsinə aid olan məqalələri oxuyur və onların çapa getməsi üçün yazılı şəkildə razılıq verir. Çap olunan bütün məqalələrin üzərində məsul redaktorların imzaları vardır. "Dil və ədəbiyyat" jurnalı 30-40 çap vərəq həcmində 500-1000 nüxsə tirajla çap olunur. Bununla yanaşı jurnal "Jurnala əlavə" qrifi ilə məcmuələr buraxmaq hüququna malikdir və indiyə qədər 120-dən artıq əlavə çap olunmuşdur. 15 il ərzəndə "Dil və ədəbiyyat" jurnalının səhifələrində 3000-dən artıq elmi məqalələ dərc edilmişdir.
Din və məişət (jurnal)
"Din və məişət" (tatar. دنیا و معیشت — Дин вә мәгыйшәт; daha əvvəl tatar. دنیا و معیشت — Дөнья вә мәгыйшәт) — 1906–1918-ci illərdə Orenburqda tatar dilində nəşr olunmuş məcmuə (jurnal). Tatar burjuaziyasının, mürtəce və monarxist ruhanilərin fanatik qütbünün orqanı. == Tarixi == Birinci nömrəsi 1906-cı il dekabrın 31-də "Dünya və məişət" adı altında çıxmış, sonrakı nömrələr "Din və məişət" adlandırılmışdır. 1910–1911-ci illərdə yenə "Dünya və məişət" adı ilə çıxmışdır. == Haqqında == Naşiri Molla Vəli Hüseynov (Məhəmmədvəli Hüseynov), redaktoru müəzzin Zahidulla Xayrulin olmuşdur. Dini klerikalizm mövqeyində duran jurnal yeni və mütərəqqi ideyaların əieyhinə ardıcıl mübarizə aparırdı. Jurnal mütərəqqi tatar ziyalılarının aramsız tənqidinə hədəf olmuşdu. Din və məişətin məzmunsuzluğu "Molla Nəsrəddin" jurnalının ardıcıl tənqid hədəflərindən idi.
Dövlət və Din (jurnal)
"Dövlət və Din" İctimai fikir toplusu — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşridir. Redaktoru Sadiq Mirzəyevdir. == Tarixi == İlk nömrəsi 2006-cı ilin noyabr ayında nəşr olunmuşdur. 2010-cu ilin sentyabr-oktyabr aylarında işıq üzü görmüş 5 (19)-cu sayından etibarən jurnalda rus dilində də məqalələr çap olunur. Bir müddət fəaliyyətini dayandırsa da, 2015-ci ilin yanvar ayından yenidən fəaliyyətini bərpa etmişdir. Jurnal dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçmişdir. == Məzmunu == İctimai fikir toplusunun əsas qayəsi dini dəyərləri və dövlət-din münasibətlərini sağlam mövqedən işıqlandırmaq, müxtəlif millətlərin və dinlərin yaşadığı Azərbaycanda əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlığın, birlik və bütövlüyünün zəmanəti olan azərbaycançılıq məfkurəsinin təbliğ etməkdir. Bununla yanaşı, topluda yer alan məqalələrdə dünyanın, az qala, yarısını ağuşuna almış dini radikalizm, ekstremizm və təriqətçilik, dinin siyasi alətə çevrilməsi cəhdlərinin törətdiyi və törədə biləcəyi fəsadlar diqqətə çatdırılır, müxtəlif din və milli mənsubiyyətə mənsub insanlar kimi, elm ilə dinin də "birgəyaşayışının" mümkünlüyü elmi-dini nöqteyi-nəzərdən göstərilir. Bir sözlə, "Dövlət və Din" dinindən, dilindən, irqindən asılı olmayaraq bütün dünya xalqlarının bu gün ən çox ehtiyac duyduğu maarifləndirmə missiyasının daşıyıcısıdır. Bundan əlavə, topluda dünya dilnləri, məzhəblər, təriqətlər, cərəyanlar, din fəsəfəsi, ümumilikdə, dinin bütün sahələri və dövlət-din münasibətləri ilə yanaşı, milli-mənəvi dəyərlər, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı elmi-publisistik məqalələrlə də oxucuları tanış edir.
Elm və həyat (jurnal)
Elm və həyat — Azərbaycanda nəşr olunan elmi-publisistik jurnal. Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim edilir. == Tarixi == Jurnal 1961-ci ildə Azərbaycan Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb. "Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun (1995) və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dövrlər maddi vəsaitin olmaması ucbatından jurnalın nəşr olunmasında müəyyən çətinlik yaransa da, nəşri dayanmayıb. 1998-ci ildə "Elm və həyat" keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb. Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, baş redaktorun müavini AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
Məktəb və həyat (jurnal)
"Şkola i jizn" jurnalı (rus. Школа и жизнь) — sosial-demokrat bolşevik təşkilatının fəal yardımı ilə 1907-ci ilin yanvarında nəşr olunan leqal jurnal. "Şkola i jizn" ("Məktəb və həyat") jurnalının ilk nömrəsi 1907-ci il yanvarın 28-də işıq üzü gördü. Jurnalın redaktorları Bakı kişi gimnaziyasının müəllimləri İ.Gepner, K. İosseliani idilər. Jurnalda əsasən sosial-demokrat gənclər iştirak edirdilər. Onlar "Nabat" jurnalını buraxarkən təcrübə toplamışdılar. Jurnalın ümumi tirajı 1000 nüsxə idi, ayda bir dəfə buraxılması nəzərdə tutulmuşdu. İlk nömrə R. Şneyderovun mətbəəsində çap olunmuşdu. "Bazar günü, 28 yanvar" sərlövhəli baş məqalədə jurnalın məsləki, yolunda mübarizə apardığı ideallar aydınlaşdırılmışdır. Bu məqaldən görünür ki, jurnal bolşevizm mövqeyini müdafiə etməyi, dövrün mühüm ictimai-siyasi məsələlərinə bu mövqedən yanaşmağı qarşısına məqsəd qoymuşdur.
İqtisadiyyat və həyat (jurnal)
"İqtisadiyyat və həyat" jurnalı — jurnal 1961-ci ildən 1991-ci ilədək "Texniki tərəqqi uğrunda" və "Azərbaycan xalq təsərrüfatı" adları ilə nəşr edilən "İqtisadiyyat və həyat" jurnalı fəaliyyət göstərdiyi dövr ərzində görkəmli alim və ziyalıların çoxsaylı elmi-nəzəri, təhlili materiallarını dərc etmiş, iqtisadiyyatın, eləcə də iqtisad elminin inkişafında, iqtisadçı alimlərin yetişməsində mühüm rol oynamışdır. Jurnalın fəaliyyəti bütünlüklə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin reallaşmasına, insanların iqtisadi biliklərinin artırılmasına istiqamətlənmişdir. Hazırda ayda bir dəfə olmaqla 4 çap vərəqi həcmində nəşr edilən "İqtisadiyyat və həyat" jurnalı öz profilinə uyğun olaraq, müxtəlif rubrikalar adı altında aspirant, disertant və alimlərin maraq və diskusiya doğura biləcək elmi-təhlili məqalələrinə kifayət qədər yer ayırır.
Kitabxanaşünaslıq və biblioqrafiya (jurnal)
Cəmiyyət və Din (qəzet)
"Cəmiyyət və din" qəzeti — Azərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir. == Haqqında == Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi "Cəmiyyət və din" qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxmışdır. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında mətbu sözdən layiqincə istifadə etmək qəzetin əsas qayəsidir. Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2894 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 19 mart 2009-cu ildə qeydiyyatdan keçmişdir. 10-16 yanvar 2013-cü il tarixli 187-ci sayından etibarən yeni formatda işıq üzü görür və 16 səhifədən ibarətdir. == Redaksiya şurası == Sadiq Mirzəyev (baş redaktor) Şeyxülislam Allahşükür Paşazadə Anar Yepiskop Aleksandr Əflatun Amaşov Gövhər Baxşəliyeva Nizami Cəfərov Sadiq Mirzəyev (redaktor) Yusif Əsgərov Vasim Məmmədəliyev Oqtay Orucov (məsul katib) Əliheydər Zülfüqarov Gennadi Zelmanoviç Mənbə: "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 16.
Təhsil və zaman (qəzet)
Təhsil və zaman qəzeti — Azərbaycan Təhsil Şurasının ay ərzində iki dəfə nəşr olunan mətbu orqanı. Azərbaycan Təhsil Şurasının mətbu orqanı olan "Təhsil və zaman" qəzeti 2002-ci ilin dekabr ayından nəşrə başlamışdır. Qəzet 2 il "Körpü" adı ilə oxucuların görüşünə gəlmiş, bu günə qədər ayda iki dəfə olmaqla 215 nömrəsi çapdan çıxmışdır. Ölkəmizdə təhsil quruculuğu, təhsil islahatları qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, digər ölkələrin təhsil təcrübəsi və bu kimi məsələlər qəzetin səhifələrində öz əksini tapır. "Təhsil və zaman" qəzeti təhsilin bütün sahələrini əhatə etməklə oxucu tələbini ödəməyə, onları dövrün təlim-tərbiyə, pedaqoji ideyaları, təhsil yenilikləri ilə daha yaxından tanış etməyə çalışır. Yarandığı gündən qəzetin baş redaktoru professor Əjdər Ağayevdir. Qabaqcıl təcrübənin ünvanı; Metodik tövsiyə; Xarici pedaqoji mətbuat səhifələrində; Sinifdənxaric oxu üçün; Məktəbdənkənar təlim-tərbiyə müəssisələri; Qəhrəmanlıq salnaməsi; Həyat dərsi; İstedad sorağında; Qəlbi geniş insanlar; Psixo-pedaqoji məsələlər; Poeziya; Rəy; Məktəblilərin musiqi klubu Tələbə tribunası; Ziyalı ünsiyyəti; Valideynlər üçün; Vətənpərvərlik tərbiyəsi; Milli-mənəvi dəyərlər; Təhsil tariximizdən; Mətbuat tariximizdən və digər. Qeyd olunan mövzularda oxucuların da məqalələrinə geniş yer verilir. Təhsil Şurasının və qəzetin kollektivi tez-tez oxucuların görüşünə gedir. Pedaqoji kollektivlərlə, tələbə və şagirdlərlə mütəmadi olaraq keçirilən görüşlərdə, diskussiyalarda, seminarlarda, dəyirmi masalarda, müzakirələrdə problemlərin aşkarlanmasına və konkret təkliflərin irəli sürülməsinə şərait yaranır.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi. Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar.
Qaraağac-i Köşk (Çaroymaq)
Qaraağac-i Köşk (fars. قره اغاج كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (12 ailə).
Həyat Elmləri və Biotibb (Jurnal)
Həyat Elmləri və Biotibb — Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis olunmuş beynəlxalq elmi-tədqiqat jurnalıdır. == Tarixi == Həyat Elmləri və Biotibb Jurnalı (əvvəlki adı - AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri )) 1945-ci ildən nəşr olunur.. Jurnal 1945-2019-cu illərdə “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” adı altında nəşr olunmuş və indiyə kimi 73 cildi capdan çıxmışdır. Jurnalın hazırkı adı AMEA Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli 13/8 saylı qərarı ilə, redaksiya heyəti isə AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli 14/1 saylı qərarı ilə təsdiq edilmişdir. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 25 dekabr 2019-cu il tarixində 4280 saylı qərarla qeydiyyata alınmışdır. Jurnalın məqsədi müasir biologiya, bioinformatika, biotexnologiya, tibb, kənd təsərrüfatı, torpaqşünaslıq, ətraf mühit və s. elm sahələrinin müxtəlif aspektlərinə aid resenziya olunan orijinal tədqiqat məqalələrini, elmi məruzələri, icmalları elmi nəşrlər üçün dünyada qəbul edilmiş prinsip və qaydalara uyğun şəkildə dərc etməkdir. Jurnal yalnız ingilis dilində yazılmış məqalələri çapa qəbul edir.
Kitabşünaslıq və redaktor sənəti (jurnal)
«Kitabşünaslıq və redaktor sənəti» (ing. «Bibliology and editorial art»; rus. «Книговедение и редакторское искусство») - elmi-nəzəri və təcrübi-metodik jurnal. == Jurnalın yaranma tarixi == «Kitabşünaslıq və redaktor sənəti» elmi-nəzəri və təcrübi-metodik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi olaraq 4021 saylı şəhadətnamə ilə 01.12.2015-ci il tarixdə qeydə alınmışdır. Jurnal ildə 2 dəfə olmaqla 2015-ci ildən nəşr olunur. Jurnalın təsisçisi və baş redaktoru BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanovdur. == Jurnalda dərc olunan mövzular == • Nəşriyyat işinin əsasları; • Mətnşünaslıq; • Ədəbiyyatşünaslıq; • Jurnalistikanın nəzəri və təcrübi məsələləri; • Mətbuat və kitab tarixi; • Sənəd-informasiya təminatı. == Redaksiya heyəti == Abuzər Xələfov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Xəlil İsmayilov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Alisa Belovitskaya - filologiya üzrə elmlər doktoru, professor (Rusiya); Cahangir Məmmədli - filologiya üzrə elmlər doktoru, professor (Azərbaycan); Kərim Tahirov - tarix üzrə fəlsəfə doktoru, professor (Azərbaycan); Aybəniz Əliyeva-Kəngərli - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Bülent Yılmaz - professor doktor (Hacettepe Universiteti, Türkiyə); Nataliya Kunanets - sosial kommunikasiya üzrə elmlər doktoru, professor (Lvov Politexnik Humanitar Universiteti, Ukrayna); Əliş Ağamirzəyev - filologiya üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); Azad Qurbanov - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); İmaməddin Zəkiyev - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Əliağa Cəfərov - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Gülər Dəmir - dosent doktor (Kastamonu Universiteti, Türkiyə); Eldəniz Məmmədov - tarix üzrə fəlsəfə doktoru (Azərbaycan).
Məktəbəqədər və ibtidai təhsil (jurnal)
Nəzəri və tətbiqi kimya (jurnal)
Pure and Applied Chemistry Almaniyada mərkəzi yerləşən Beynəlxalq Fundamental və Tətbiqi Kimya İttifaqı adından Valter de Qrüyter tərəfindən aylıq nəşr olunan elmi jurnaldır. Jurnalda Kimya ilə əlaqəli materiallar dərc olunur.
İncəsənət və mədəniyyət problemləri (jurnal)
İncəsənət və mədəniyyət problemləri — Beynəlxalq elmi jurnal, Memarlıq və İncəsənət İnstitutunun orqanı. Jurnalın baş redaktoru Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadədir. 2007-ci il jurnal üçün növbəti ciddi yeniləşmə ili olmuşdur. Həmin ildən jurnal indiki formatında, 200 nüsxədə, öz dizaynı və loqosunu saxlayaraq çap olunur. Hazırda jurnalın dövriliyində də kəmiyyət dəyişikliyi baş vermişdir və o rüblük nəşrə çevrilmişdir. Ən ciddi yenilik isə jurnalın statusu ilə bağlıdır. Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə jurnal təklif olunan nəşrlər siyahısına daxil edilmişdir. İndi məcmuə, məqalələr üçün rəylərin mütləq alınması da daxil olmaqla AAK-ın bütün formal tələblərinə cavab verir. Jurnalda dərc olunan müəlliflərin coğrafiyası saydan-saya genişlənir. Məcmuənin səhifələrində əcnəbi alimlərin imzaları görünməyə başlayır ki, onların da sırasından professor Vladimir Petrovun (Rusiya), professor İvan Santonun (Macarıstan), professor Georgi Poçerçovun (Ukrayna), sənətşünaslıq doktoru Rauf Fərhadovun (Rusiya), fəlsəfə doktoru Meysera Kayanın (Türkiyə) adlarını xüsusi qeyd etmək istərdik.
Elm Tarixi və Elmşünaslıq (jurnal)
"Elm Tarixi və Elmşünaslıq'' jurnalı — Beynəlxalq elmi-nəzəri jurnal. Dünyada, o cümlədən Azərbaycanda elmin inkişaf tarixi, kəşflər və ixtiralar, müasir elmi nailiyyətlər, elm tarixi və elmşünaslığın aktual problemləri ilə bağlı məqalələr dərc edilir.
İnformatika və İdarəetmə Problemləri (jurnal)
İnformatika və İdarəetmə Problemləri — elmi-praktiki jurnal. İdarəetmə Sistemləri İnstitutunun elmi jurnalı. Jurnal 1997-ci ildən etibarən ildə 2 cild nəşr olunur. Nəzarət nəzəriyyəsi və sistem təhlili; Riyazi modelləşdirmə və identifikasiya; Siqnalların və təsvirlərin təhlili və sintezi; İnformasiya ölçmə sistemləri; İnformasiya emalı və nəzarət sistemləri; İdarəetmə sistemlərində süni intellekt; Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması. Baş redaktor: Ağası Məlikov ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Redaksiya heyəti: Əli Abbasov ─ texnika elmləri doktoru, professor, akademik Telman Əliyev ─ texnika elmləri doktoru, professor, akademik Ramiz Alıquliyev ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Ələkbər Əliyev ─ texnika elmləri doktoru, professor Tahir Əlizadə ─ texnika üzrə fəlsəfə doktoru, dosent, məsul redaktor Kamil Ayda-zadə ─ riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Asəf Hacıyev ─ riyaziyyat elmləri doktoru, professor, akademik Vaqif İbrahimov ─ riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov ─ iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Kamil Mənsimov ─ riyaziyyat elmləri doktoru, professor Nailə Musayeva ─ texnika elmləri doktoru, professor Əminağa Sadıqov ─ texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Beynəlxalq redaksiya heyəti: Ağamirzə Bəşirov (Şimali Kipr) ─ riyaziyyat elmləri doktoru, professor Yuri Belyaev (Isveç) ─ riyaziyyat elmləri doktoru, professor Alexander Dudin (Belarus) ─ texnika elmləri doktoru, professor Gennady Falin (Rusiya) ─ riyaziyyat elmləri doktoru, professor Nikolay Filimonov (Rusiya) ─ texnika elmləri doktoru, professor Sharif Huseynov (Latviya) ─ riyaziyyat elmləri doktoru, professor Sztrik Janos (Macaristan) ─ professor Che Soong Kim (Cənubi Koreya) ─ texnika elmləri doktoru, professor Achyutha Krishnamoorthy (Hindistan) ─ professor Əfəndi Nəsibov (Türkiyə) ─ riyaziyyat elmləri doktoru, professor Nozer D. Singpurwalla (Honkonq) ─ professor Alexander Sladkowski (Polşa) ─ texnika elmləri doktoru, professor Jiuping Xu (Çin) ─ professor Texniki redaktor: Natalya Belyayeva Tərcüməçi: Esmira Serova Administrator: Vüsal Məmmədov Nəşr etikası və sui-istifadə halları haqqında qaydalar 1. Redaktorların vəzifələri Əlyazmanın nəşri haqqında qərarların qəbulu ─ Jurnalın redaktoru jurnalın redaksiyasına daxil olan məqalələrin seçilməsi ilə bağlı məsuliyyət daşıyır. Redaktor jurnalın redaksiya heyətinin siyasətini rəhbər tuta bilər və qanuni tələblərə uyğun olaraq böhtan, müəlliflik hüququnun pozulması və plagiatlıq kimi halları aşkarlaya bilər. Redaktor bu sahədə qərar verərkən digər redaktor və ya rəyçilərlə məsləhətləşə bilər. Ədalətlilik ─ Redaktor müəllifin irqindən, cinsindən, cinsi mənsubiyyətindən, dinindən, etnik mənsubiyyətindən, vətəndaşlığından və siyasi baxışlarından asılı olmayaraq əlyazmaların intellektual məzmununu qiymətləndirir. Konfidensiallıq ─ Redaktor və redaksiya heyətinin üzvləri qəbul olunan əlyazma haqqında məlumatı müəlliflər, rəyçilər, digər redaksiya məsləhətçiləri və nəşriyyatçıdan başqa heç kimə açıqlamamalıdır.